erdogan

Dünya mediasının diqqəti 7-8 iyul tarixlərində Ankarada keçiriləcək tarixi NATO Zirvə Görüşünə yönəlib.

Globalinfo.az xəbər verir ki,  Fransa media orqanı “Radio France Internationale” (RFI) və Ukraynada yerləşən “Kyiv Post” dərc etdikləri məqalədəTürkiyənin həm Avropa təhlükəsizliyi, həm də dünya sülhü üçün yeganə seçimə çevrildiyini yazıblar.

ABŞ-ın bölgədən çəkilməsinin yaratdığı boşluğu yalnız Ankara doldura biləcək.  Vaşinqtonun Avropa müdafiəsinə sadiqliyi qeyri-müəyyən olduğu üçün Avropa liderlərinin hərbi imkanlarından asılı olduqları Türkiyə ilə əməkdaşlığı dərinləşdirməkdən başqa çarəsi qalmır”, – deyə RFİ yazıb.

“Kyiv Post” qəzeti isə qeyd edib ki, Prezident Rəcəp Tayyip Ərdoğan dalana dirənmiş sülh danışıqlarını canlandıra biləcək yeganə şəxsdir.

Ukrayna tərəfi, xüsusilə də Volodimir Zelenski və Vladimir Putin arasında mümkün görüşün keçiriləcəyi yer kimi Türkiyəni göstərib.

Beləliklə, dünya ictimaiyyəti 7-8 iyul tarixlərində keçiriləcək NATO Zirvə Toplantısından əvvəl Ankaranın Vaşinqtonun nail ola bilmədiyi sülh diplomatiyasını həyata keçirəcəyini gözləyir.

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: