“ABŞ-ın Rusiyaya qarşı hazırladığı yeni sanksiyalar dolların qlobal valyuta kimi mövqeyinə zərbə vuracaq”.
Globalinfo.az xəbər verir ki, bu barədə Rusiya Federasiya Şurasının senatoru Aleksey Puşkov deyib.
“Söhbət Rusiyanın neft və qaz ixracından əldə etdiyi gəlirləri məhdudlaşdırmağı nəzərdə tutan ikipartiyalı qanun layihəsindən gedir. Vaşinqtonun dünya ticarətində getdikcə daha çox məhdudiyyət tətbiq etməsi ölkələri alternativ valyutalara yönəldir və bunun nəticəsində dolların üstünlük dairəsi daralır.
Bu sanksiyalar dünyaya bir daha göstərəcək ki, dollar artıq təkcə maliyyə vasitəsi deyil, ABŞ tərəfindən siyasi təzyiq aləti kimi istifadə olunur”, – deyə senator vurğulayıb.
O hesab edir ki, qanun layihəsinin qəbul edilməsi dolların əsas ehtiyat valyutası statusundan uzaqlaşma prosesini sürətləndirə bilər.
Əliyar Xəlil
Globalinfo.az