tramp 2 900x506 3

ABŞ Prezidenti Donald Tramp ukraynalı həmkarı Volodimir Zelenskini “hiyləgər” adlandırıb.

Globalinfo.az xəbər verir ki, bu barədə o, jurnalistlərin suallarını cavablandırarkən deyib.

“Biz Ukraynada bir razılaşma əldə etmək istəyirik. Onlar silahlı münaqişə zamanı ərazi itirməyə davam edir”, – deyə Ağ Ev rəhbəri bildirib.

O bildirib ki, Vaşinqton silahları NATO ölkələrinə satır və onlar da bunu müttəfiqləri arasında paylayır.

“Texnologiyanın əla olub-olmamasından asılı olmayaraq, ukraynalılar döyüşmək qabiliyyətinə malikdirlər. Bu təchizatlar Avropa tərəfdaşları tərəfindən maliyyələşdirilir”.

Tramp Kiyevin problemlərinin ABŞ-ın işi olmadığını, çünki iki ölkəni bir okean ayırdığını deyib:

“Amma bu, Avropanı narahat edir”.

Əliyar Xəlil
Globalinfo.az 

Paylaş: