upload 2025 08 18T180204Z 1842858019 RC2T9GABTMQ0 RTRMADP 3 UKRAINE CRISIS SUMMIT pic 32ratio 900x600 900x600 14643

Digər Qərb liderlərindən fərqli olaraq mən Donald Trampdan qorxmuram.

Globalinfo.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski “The Guardian”a müsahibəsində bildirib.

Ukrayna lideri qeyd edib ki, amerikalı siyasətçi ilə münasibət qurmaqda ona respublikanı “çox dəstəkləyən” Britaniya kralı III Çarlz kömək edib.

“Biz Amerikanın düşməni deyilik. Biz dostuq. Bəs nədən qorxmalıyıq?” –  Zelenski bildirib.

O əlavə edib ki, Tramp da özü kimi ölkəsinin xalqı tərəfindən seçilib. Bu seçimə hörmət edilməlidir. Ukrayna Prezidenti ABŞ-ı Rusiyadan fərqli olaraq, respublikanın ümumi dəyərləri bölüşdüyü uzun illərdir strateji tərəfdaşı adlandırıb.

Tahir Turan
Globalinfo.az

Paylaş: