Trampdan ÇAĞIRIŞ: Kiyevə yardımı dayandırın!

ABŞ-ın keçmiş prezidenti Donald Tramp respublikaçı konqresmenləri Ukraynaya əlavə hərbi dəstəyə yol verməməyə çağırıb.

Globalinfo.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə “Skay Nyus” məlumat yayıb.

Tramp bildirib ki, Bayden administrasiyası ailəsinin işgüzar əlaqələrinin araşdırılmasında əməkdaşlıq edənə qədər dəstəyi dayandırmaq lazımdır:

“Konqres, FTB, Ədliyyə nazirliyi və Daxili Gəlir Xidməti Baydenin cinayətkar ailəsinin korrupsiyaya uğramış biznes əməliyyatları ilə bağlı əllərində olan bütün sübutları təhvil verənə qədər, Ukraynaya silah dəstəyini dayandırılmalıdır”.