Rusiya prezidenti and içəcək – Tarix açıqlandı

Rusiya prezidentinin andiçmə mərasiminin keçiriləcəyi tarix məlum olub.

Globalinfo.az xəbər verir ki, bu barədə “RİA Novosti” agentliyi Rusiyanın Dövlət Dumasındakı mənbəyə istinadən məlumat yayıb.

Məlumata görə, Rusiya prezidentinin andiçmə mərasimi mayın 7-də baş tutacaq.

“Prezidentin andiçmə mərasimi mayın 7-də keçiriləcək. Mayın 8-də isə Dövlət Duması hökumət sədrinin təyin edilməsi məsələsinə baxacaq”.

“Rusiya prezident seçkiləri haqqında” qanuna əsasən andiçmə mərasimi əvvəlki prezidentin vəzifəyə başladığı gündən altı il sonra keçirilir. Vladimir Putin 2018-ci il mayın 7-də Rusiya prezidenti vəzifəsinin icrasına başlayıb.

Qeyd edək ki, Rusiya prezidenti postu uğrunda Mərkəzi Seçki Komissiyası tərəfindən qeydə alınmış 4 namizəd (Leonid Slutski, Nikolay Xaritonov, Vladislav Davankov və Vladimir Putin) mübarizə aparır.

Əliyar Xəlil
Globalinfo.az