kral

Böyük Britaniya kralı III Çarlzın ABŞ-a səfəri öncəsi biabırçı səhvə yol verilib. 

Globalinfo.az xəbər verir ki, “Reuters” agentliyinin məlumatına görə, yerli hakimiyyət orqanları Ağ Ev yaxınlığında Britaniya bayraqları əvəzinə təsadüfən bir neçə Avstraliya bayrağı asıblar.

Məlumata əsasən, ümumilikdə 230-dan çox Birləşmiş Krallıq atributu arasında 15 Avstraliya bayrağı da yer alıb.

Kolumbiya dairəsinin Nəqliyyat Departamentinin sözçüsü bildirib ki, səhv qısa müddətdə aşkar edilib və bayraqlar dərhal dəyişdirilib.

“Reuters” yazır ki, III Çarlz rəsmi olaraq Avstraliyanın da kralıdır, lakin bu status əsasən simvolik xarakter daşıyır.
Bu, III Çarlzın ABŞ-a ilk səfəridir və məqsəd son dövrlərdə, o cümlədən İranla bağlı gərginlik fonunda zəifləyən ikitərəfli münasibətləri gücləndirməkdir.

bayraq

Əliyar Xəlil

Globalinfo.az

Paylaş: