Tramp 1 900x506 2

ABŞ dronların və onların komponentlərinin idxalına rüsum tətbiq edəcək.

Globalinfo.az xəbər verir ki, bununla bağlı ABŞ Prezidenti Donald Tramp Fərman imzalayıb.

Bildirilib ki, ən yüksək tariflər (100%) maksimum uçuş çəkisi 25 kiloqramdan çox olan dronlara və termal görüntüləmə cihazlarına, eləcə də dok stansiyalarına və vacib komponentlərə tətbiq olunacaq.

Xüsusi imkanları və digər komponentləri olmayan daha kiçik dronlara 25 faiz rüsum tətbiq ediləcək. Avropa İttifaqı, Yaponiya, Cənubi Koreya, İsveçrə, Lixtenşteyn və Tayvandan olan mallar üçün rüsum 15 faiz, Böyük Britaniya üçün isə 10 faiz olacaq. Lakin bütün avadanlıq və proqram təminatı bu ölkələrdə və ABŞ-da istehsal olunmalıdır.

Paylaş: