İraq Suriya ilə sərhəddəki hərbçilərin döyüş hazırlığı vəziyyətinə gətirildiyini açıqlayıb.
Globalinfo.az xəbər verir ki, bunu İraq Silahlı Qüvvələrinin Ali Baş Komandanının nümayəndəsi Yəhya Rəsul deyib.
O bildirib ki, ölkənin hərbi qulluqçuları dövlət suverenliyini qorumaq üçün üzərinə düşən vəzifələri yerinə yetirirlər.
“Suriya və digər ölkələrlə sərhəddə olan İraq qoşunları tam döyüş hazırlığı vəziyyətindədir. Hərbi birləşmələr qonşu ölkələrlə, xüsusən də Suriya ilə sərhədləri qorumaq üçün bütün lazımi tədbirləri görüb”.
İraq rəsmisi əlavə edib ki, vəziyyətin gərgin olmasına baxmayaraq, sentyabrın 30-da Livandan olan 144 qaçqın Suriya ilə sərhəddəki Əl-Qaim keçid məntəqəsi vasitəsilə İraqa gəlib. Onlardan bəziləri İsrailin açdığı atəş nəticəsində yaralanıb. Bundan əlavə, İraq hakimiyyəti Livana humanitar yardımı İsrail hərbi təyyarələrinin Livan səmasında görünmədiyi andan daha böyük həcmdə çatdırmağı planlaşdırır.
Müşviq Tofiqoğlu
Globalinfo.az