ABŞ-ın yeni seçilmiş prezidentinin əsas tərəfdarlarından sayılan keşiş Coel Tenni Ermənistanla münasibətlərin gücləndirilməsi ilə bağlı mövqe tutacağını bildirib.
Globalinfo.az xəbər verir ki, Tenni hər kəsi Trampın inauqurasiyasını gözləməyə çağırıb.
“Mən rəsmən üzərimə ABŞ-la Ermənistan arasında münasibətlərin inkişafı rolunu götürəcəm. Əlavə məlumatları inauqurasiyadan sonra verəcəm”.
Tenni həmçinin bu sözlərinin ona vəzifə verilib-verilmədiyi mənasına gəldiyini də açıqlamaqdan imtina edib.
Qeyd edək ki, Tenni Yevangilist kilsəsinin üzvlərindən sayılır. Mühafizəkar baxışları ilə seçilir və dəfələrlə erməniləri müdafiə edən açıqlamalar verib. O həmçinin Bayden hökumətini Azərbaycanı silahlandırmaqda ittiham edib.
Əliyar Xəlil