“Trampa qarşı sui-qəsd ABŞ seçicilərinin qayğısıdır, Rusiya bu ölkənin daxili işinə qarışmayacaq”.
Globalinfo.az xəbər verir ki, bunu Rusiya prezidentin mətbuat katibi Dmitri Peskov deyib.
“Biz ABŞ-dakı proseslərə heç vaxt qarışmamışıq və qarışmaq da istəmirik. Bütün dünya kimi bizim də baş verənləri diqqətlə müşahidə etməyimiz başqa məsələdir. Ona görə ki, ABŞ dünyanın ən böyük iqtisadiyyatı, ən böyük hərbi gücüdür”, – o bildirib.
O həmçinin deyib ki, belə böyük ölkədə seçkiqabağı kampaniya zamanı şiddətin tətbiqi bütün dünyanın o cümlədən Rusiyanın qayğılanması üçün predmetdir.
Əliyar Xəlil
Globalinfo.az