NATO-nun baş katibi Mark Rutte ABŞ Prezidenti Donald Trampı “ata” adlandırmasına aydınlıq gətirib.
Globalinfo.az xəbər verir ki, bu barədə o, RND agentliyinə açıqlama verib.
“Hesab edirəm ki, bu cür sözləri seçib-seçməmək zövq məsələsidir. İnsanların xoşuna gəlsin, ya da gəlməsin – bu, mənim üslubumdur”, – Rutte bildirib.
Qeyd edək ki, bundan əvvəl Qərb mediası Mark Ruttenin Trampa “yaltaqlandığını” yazmışdı.
Onun Ağ Ev rəhbərini “döyüşən uşaqları ayıran ata” adlandırması böyük narazılıq doğurmuşdu.
Əliyar Xəlil
Globalinfo.az