ABŞ prezidenti Donald Trampın Ukrayna prezidenti Volodimir Zelenskiyə Moskvanı hədəfə almamaqla bağlı çağırışı gündəmdə geniş rezonans doğurub.
Globalinfo.az xəbər verir ki,Tramp Zelenskidən Rusiya paytaxtına hücumdan çəkinməsini istəyib.
Maraqlıdır ki, bu bəyanat Britaniyanın “The Financial Times” qəzetinin daha əvvəl yaydığı əks iddia ilə ziddiyyət təşkil edir. Həmin xəbərdə Trampın guya Ukraynanı Moskva və Sankt-Peterburqa zərbələr endirməyə təşviq etdiyi bildirilirdi.
Ağ Ev isə bu məlumatı qəti şəkildə təkzib edib. ABŞ administrasiyasının mətbuat katibi Caroline Leavitt bəyan edib ki, “The Financial Times” reytinq naminə Trampın sözlərini “kontekstdən çıxararaq” təqdim edib.
Tahir Turan