Trampdan prezidentlik açıqlaması: “İnanılmaz və təhlükəli…”

ABŞ-ın eks-prezidenti Donald Tramp 2024-cü ildə keçiriləcək prezident seçkisində iştirak edəcəyini rəsmən açıqlayıb.

Globalinfo.az bildirir ki, bu barədə o, Florida ştatında tərəfdarları qarşısında çıxışı zamanı deyib.

Tramp bu qərarı ABŞ-ı yenidən böyük etmək üçün qəbul etdiyini bildirib:

“Bu, inanılmaz, amma təhlükəli macəra olacaq”.

Qeyd edək ki, bundan öncə Trampın prezidentliyə namizədliyini irəli sürəcəyi ilə bağlı bir sıra şübhələr var idi. ABŞ mətbuatı eks-prezidentə Respublikaçılar Partiyası daxilində dəstəyin az olduğunu, buna görə də Trampın bundan imtina edəcəyini iddia edirdi. Tramp 2016-2020-ci illərdə ABŞ prezidenti olub.

İlkin
Globalinfo.az