ABŞ Prezidenti Donald Tramp ölkə tarixindəki dövlət başçıları arasında özünə ən yüksək qiyməti verib.
Globalinfo.az xəbər verir ki, Tramp şəxsi prezidentlər reytinqini “Truth Social” platformasında paylaşaraq özünü “ən böyük” kateqoriyasında birinci pilləyə yerləşdirib.
ABŞ liderinin siyahısında Abraham Linkoln, Corc Vaşinqton, Franklin Ruzvelt, Vudro Vilson, Tomas Cefferson və Endryu Cekson “böyük prezidentlər” sırasında qərarlaşıb.
Trampın reytinqində bir sıra keçmiş prezidentlər isə ən aşağı kateqoriyaya salınıb. Onların arasında onun sələfləri Co Bayden və Barak Obama ilə yanaşı, Uliks Qrant, Uorren Hardinq və Cimmi Karter də yer alıb.
Beləliklə, Trampın təqdim etdiyi siyahıda özünə ayrıca “ən böyük” statusu verməsi, Bayden və Obamanı isə “uğursuzlar” sırasında göstərməsi diqqət çəkib.
Safura Bənnayeva
Globalinfo.az