“Tramp administrasiyası ordu katibi Daniel Driskolu Ağ Evlə sıx əlaqələri və ukraynalıları sülhün zəruriliyinə inandırmaq qabiliyyətinə görə danışıqlar üçün Kiyevə göndərib”.
Globalinfo.az xəbər verir ki, bu barədə “NBC News” ABŞ rəsmilərinə istinadən məlumat yayıb.
“Tramp ümid edirdi ki, Driskol xüsusi nümayəndə Stiv Uitkoff və dövlət katibi Marko Rubiodan əvvəl Kiyevlə əməkdaşlıq üçün mühüm zəmin yarada bilər”, – deyə bildirilib.
Nəşrin məlumatına görə, Tramp əvvəlcə Driskolldan ukraynalılara münaqişənin həlli ilə bağlı 28 bəndlik planını göstərməyi xahiş etməyi planlaşdırmayıb:
“Lakin onun müddəaları ABŞ-ın ordu katibi səfərdə olarkən mediaya sızıb. Daha sonra Driskolla ukraynalıları Amerika planı ilə tanış etmək tapşırılıb”.
Əvvəllər bildirilirdi ki, ABŞ ordusunun katibi Driskoll Ukrayna danışıqları üçün seçilib, çünki Tramp ona güvənir.
Əliyar Xəlil
Globalinfo.az