“Ötən həftəsonu keçirilən etiraz aksiyaları zamanı polis bəzi şəhərlərdə vəziyyətə nəzarəti itirib”.
Globalinfo.az xəbər verir ki, bunu Fransanın daxili işlər naziri Loran Nunes deyib.
Onun sözlərinə görə, hüquq-mühafizə orqanları hadisələrin miqyasını əvvəlcədən tam qiymətləndirə bilməyib.
Nunes istefa ərizəsi verməsinin səbəblərini də açıqlayıb və deyib ki, ölkədə baş verən hadisələrə görə məsuliyyət daşıdığını düşündüyü üçün bu addımı atıb. Lakin Fransa Prezidenti Emmanuel Makron nazirin istefasını qəbul etməyib.
Daxili işlər naziri əlavə edib ki, təkcə bazar günü Parisdə 350 nəfər saxlanılıb.
Safura Bənnayeva
Globalinfo.az