WhatsApp Image 2025 12 25 at 11.14.01

“Ukraynada seçkilərin keçirilməsi məsələsi vacibdir”.

Globalinfo.az xəbər verir ki, bunu ABŞ-ın dövlət katibi Marko Rubio deyib.

“Baxın, seçkilər məsələsi gündəmə gətirilir və mən bunun əhəmiyyətsiz olduğunu demirəm. Amma müharibənin indiyədək davam etməsinin əsas səbəbi bu deyil”, – o bildirib.

Bununla yanaşı, o, amerikalı sahibkarların şikayətlərinə istinad edərək, münaqişənin gərginləşməsində Ukraynanı dolayı yolla ittiham edib.

Söhbət Qara dənizdə enerji daşıyıcıları daşıyan gəmilərə endirilən zərbələrdən gedir.

“Çoxlu şikayətlər var idi. Çünki Amerika şirkətləri bizə zəng edərək deyirdilər: “Ukraynanın zərbə endirdiyi həmin gəmidə bizim neftimiz var idi”, – deyə ABŞ dövlət katibi qeyd edib.

Xatırladaq ki, oktyabrın 10-da ABŞ Prezidenti Donald Tramp Ukrayna rəhbərliyinin dəyişdirilməsinə çağırıb. O bildirib ki, ölkəyə Rusiya ilə sülhə nail ola biləcək yeni dövlət başçısı lazımdır. Bir neçə gün sonra isə Ukrayna Prezidenti Volodimir Zelenski britaniyalı teleaparıcı Pirs Morqana müsahibəsində istefa vermək niyyətində olmadığını açıqlayıb.

Əliyar Xəlil
Globalinfo.az 

Paylaş: