Əgər noyabrda prezident seçilməsəm… – Tramp hədələdi

ABŞ-ın keçmiş lideri Donald Tramp noyabrda keçiriləcək prezident seçkisində qalib gəlmədiyi təqdirdə ölkəsinin “qan gölünə” dönəcəyini iddia edib.

Globalinfo.az xəbər verir ki, o, Ohayo ştatının Dayton şəhərində çıxış zamanı bu barədə danışıb.

“Prezident seçilməsəm, ABŞ qan gölünə çevriləcək. Bu, baş verəcək ən kiçik hadisədir. Biz tənəzzüldəyik. Amma ABŞ-ı yenidən böyük ölkəyə çevirəcəyik”, – Tramp bildirib.

Qeyd edək ki, Tramp artıq Respublikaçılar Partiyasından ABŞ prezidentliyinə namizəd olmaq üçün lazımi sayda nümayəndə səsini toplayıb. İkinci müddətə namizədliyini irəli sürən hazırkı dövlət başçısı Co Bayden də Demokratlar Partiyasından kifayət qədər sayda nümayəndənin dəstəyini qazanıb. ABŞ-də prezident seçkisi noyabrın 5-də keçiriləcək.