tramp makron 1qq

ABŞ Prezidenti Donald Tramp Fransa Prezidenti Emmanuel Makronla həyat yoldaşı Bricit arasındakı münasibətlər barədə zarafat edib.

Globalinfo.az xəbər verir ki, bu barədə o, brifinq zamanı danışıb.

“Mən həyat yoldaşının pis rəftar etdiyi Makrona zəng etdim. O, hələ də çənəsinə vurulan zərbədən sonra özünə gələ bilməyib”, – deyə o bildirib.

Qeyd edək ki, 2025- ci ilin may ayında Vyetnama səfəri zamanı Fransa prezidenti Emmanuel Makronun həyat yoldaşı Bricit Makron tərəfindən sillə ilə vurulmuşdu.

Əliyar Xəlil
Globalinfo.az             

Paylaş: