Globalinfo.az xəbər verir ki, məhkəmənin qərarına əsasən, Balaşov 20 il müddətinə azadlıqdan məhrum edilib.
Cəzanın ilk 4 ilini o həbsxanada, qalan hissəsini isə ciddi rejimli cəzaçəkmə müəssisəsində keçirəcək. Eyni iş üzrə qətl cəhdində təqsirli bilinən Eqor Savelyev isə 15 il azadlıqdan məhrum edilib.
İş üzrə ümumilikdə 12 nəfər təqsirləndirilir. Onların bir hissəsi cinayətlərin törədildiyi dövrdə yetkinlik yaşına çatmadığı üçün məhkəmə prosesi qapalı rejimdə aparılıb. Dövlət ittihamı çıxışında təqsirləndirilən şəxslər üçün 25 ilədək azadlıqdan məhrumetmə cəzası tələb etmişdi.
İstintaq materiallarına əsasən, 2023-cü ilin yayında Simonyan və Sobçaka qarşı planlaşdırılan sui-qəsd cəhdinin qarşısı alınıb. İddialara görə, plan Ukrayna xüsusi xidmət orqanları tərəfindən hazırlanıb. İstintaqın məlumatına görə, qrup üzvləri potensial hədəflərin yaşayış və iş yerləri barədə məlumat toplayıb və planlaşdırılan hücum üçün kəşfiyyat aparıblar.
Əliyar Xəlil