donald trump 1482878

ABŞ Prezidenti Donald Tramp Miçiqanda baş verən kilsə atışması ilə bağlı məlumatlandırıldığını açıqlayıb.

Globalinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, hadisə Flint yaxınlığında yerləşən son zamanların müqəddəsləri Mormon kilsəsində baş verib.

Naməlum silahlı şəxs ibadət zamanı atəş açaraq təxminən səkkiz nəfəri yaralayıb. Hüquq-mühafizə orqanlarının məlumatına görə, silahlı şəxs zərərsizləşdirilərək öldürülüb.

Hazırda yaralıların vəziyyəti və insidentin motivləri araşdırılır.

Tahir Turan
Globalinfo.az

Paylaş: