IMG 4946

Bu gün Oval Ofisdə qəhrəman və qorxaq görüşdü. Görüş bitəndən sonra isə qəhrəman evinə – Ukraynaya qayıdacaq.

Globalinfo.az xəbər verir ki, bunu Kaliforniyadan olan senator Adam Şiff  Tramp və Zelenski görüşündən sonra sosial mediada paylaşımında qeyd edib.

Şiffdən başqa, daha bir neçə lider və siyasətçi Ukraynaya, eləcə də Zelenskiyə dəstəyini nümayiş etdirib.

“Bir var Rusiya kimi aqressor, bir də var Ukrayna xalqı kimi aqressiyaya məruz qalan. Biz ta əvvəldən övladları, təhlükəsizliyi və Avropanın müdafiəsi üçün mübarizə aparanlara hörmət etməliyik”, – Fransa Prezidenti Emmanuel Makron deyib.

Polşanın Baş naziri Donald Tusk, İspaniya Hökumətinin Sədri Pedro Sançez, Almaniyanın yeni seçilən kansleri Fridrix Mertsin müavini İohann Vadepul da sosial media hesablarında Zelenski ilə həmrəy olduqlarını bildiriblər.

photo 2025 02 28 23 09 34 photo 2025 02 28 22 55 03 photo 2025 02 28 23 00 12

Screenshot 2025 03 01 000234 photo 2025 03 01 00 28 22

Aysel Əliyeva
Globalinfo.az

Paylaş: