t6776

Tovuz rayonunun Vahidli kəndində avtomobil yolunda təhlükəli vəziyyət yaranıb. Bir hissəsi sürüşərək çökən küçənin tamamilə yararsız hala düşəcəyindən ehtiyat edən sakinlər yolun bərpa olunmasını istəyirlər.

Globalinfo.az bildirir ki, Oxu.Az-ın məlumatına görə, kənd məktəbinə də gedən yolun yararsız hala düşməsi şagirdlər üçün də problemə çevrilib.

Yağış yağdıqdan sonra gölməçəyə çevrilən çalalar, palçıq piyadaların və nəqliyyat vasitələrin hərəkətinə ciddi çətinlik yaradır.

Kənd sakinlərinin bildirdiyinə görə, məsələ ilə bağlı aidiyyəti qurumlara dəfələrlə müraciət edilib. Lakin heç bir tədbir görülməyib.

Paylaş: