“Camaat qışqırdı, sanki raket atdılar” – Zəlzələ bölgəsindən son xəbər

Sentyabrın 3-də axşam saat 20:38-də Azərbaycada zəlzələ baş verib. Yeraltı təkanlar bir neçə rayonda hiss edilib.

Globalinfo.az xəbər verir ki, Kürdəmir rayonunda zəlzələnin gücü 5,2 bal gücündə olub.

Yerli sakinlərin saytımıza verdiyi məlumata görə, dağıntı olmasa da, zəlzələ güclü hiss olunub:

“Həyətdə idik. Zəlzələ o qədər güclü hiss olundu ki, elə bil həyətə raket düşdü. Qonşular dərhal həyətə çıxıb “zəlzələ oldu” deyə, qışqırmağa başladılar. Şükür ki, hər şey yaxşıdır. Amma insanlar çox qorxdular”, – deyə Kürdəmir sakinləri bildiriblər.

Zaira Akifqızı
Globalinfo.az