İranda illik inflyasiya 81,7 faizə yüksəlib. Bu, Şimali Koreyadan sonra dünyada üçüncü göstəricidir. Şimali Koreyada illik inflyasiya həddi 82,1%-dir.
Globalinfo.az xəbər verir ki, bu barədə amerikalı iqtisadçı, professor Stiv Hank X hesabında bildirib.
O, İranda inflyasiyanın ölçülməsi üçün yeganə etibarlı mənbə olduğunu vurğulayıb.
Qeyd edək ki, işsizlik, inflyasiya və bank kreditləri üzrə faiz dərəcələrinə görə dünyada lider olan ölkələrin illik reytinqi hər il amerikalı iqtisadçı professor Stiv Hank tərəfindən tərtib edilir. Bu il siyahıda Rusiya da daxil olmaqla, 157 dövlət var.
Stiv Hank “The Independent Review” jurnalında tədqiqatçı, redaktordur. O, tətbiqi iqtisadiyyat üzrə professor və Con Hopkins Universitetində Tətbiqi İqtisadiyyat, Qlobal Səhiyyə və Sahibkarlığın Tədqiqi İnstitutunun təsisçisi və direktorudur.
Gülnar Səlimova
Globalinfo.az
İstanbul