astana

“Air Astana”nın KC859 saylı Almatı-Aktau reysi zamanı təyyarədə gərgin anlar yaşanıb.

Globalinfo.az xəbər verir ki, sərnişinlərin sözlərinə görə, uçuş başladığı andan kabindən qəribə səslər eşidilib.

Bildirilib ki, təxminən 30-40 dəqiqə sonra təyyarə qəfil enişə keçib, 10 min metrdən 3 min metr hündürlüyə düşüb.

Şahidlərin məlumatına əsasən, həmin vaxt sərnişinlər panikaya qapılıb, dua edib, qadınlar ağlayıb, bəziləri oturacaqlarından qalxıb.

Uçuş bələdçilərinin də həyəcanlandığı, onların səsində qorxunun hiss olunduğu vurğulanıb.

Rəsmi açıqlamada bildirilib ki, avqustun 31-də baş verən hadisədə ekipaj texniki nasazlıq barədə məlumat verərək Aktau Hava Limanına təcili eniş üçün icazə alıb.

Təyyarə təhlükəsiz şəkildə endirilib və hazırda yoxlanılır. Aktau-Almatı reysinin sərnişinləri isə başqa təyyarə ilə təmin edilib”, – deyə əlavə edilib.

Ləman İmran
Globalinfo.az

Paylaş: