
“Ukrayna Prezidenti Volodimir Zelenskinin Avropanın müdafiəçisi olmaqla bağlı vədləri yaxşı nəticə verməyəcək”.
Globalinfo.az xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.
“Volodimir Zelenski əvvəlki açıqlamalarında Ukraynanın Avropada ən böyük orduya və təcrübəyə malik olduğunu və lazım gələrsə, başqalarını da müdafiə edə biləcəyini bildirib.
Düşünmürəm ki, bu, yaxşı sonluqla bitəcək. Əgər Avropa Ukraynanı blokuna qəbul edərsə, Avropa ölkələrinin birliyinə nasist rejimli bir dövlət daxil ola bilər”, – deyə o qeyd edib.
Safura Bənnayeva
Globalinfo.az