Tevanyan Ermənistanda heç kimin bacarmadığını etdi

Ermənistanın müxalifət liderlərindən sayılan, Ana Ermənistan Partiyasının sədri Andranik Tevanyanın rəhbərlik etdiyi nümayəndə heyəti qondarma “Donetsk Xalq Respublikasına” səfərə gedib. 

Globalinfo.az xəbər verir ki, Tevanyan səfər zamanı yerli siyasətçilərlə görüşüb.

O, Ermənistandan indiyə qədər heç kimin belə addım atmadığını deyib. Müxalifət lideri bu addımı ilə Ermənistanda Rusiya ilə münasibətləri gücləndirmək istəyən qüvvələrin olduğu mesajının verildiyini bildirib.

Qeyd edək ki, qondarma “Donetsk Xalq Respublikası” Rusiyanın Ukraynada başlatdığı işğalçı müharibə nəticəsində yaradılıb. Rusiya ötən il bu əraziləri özünün tərkibinə qatdığını elan edib. Bununla belə nə Azərbaycan, nə də Ermənistan qondarma respublikanı tanıyıblar.

Andranik Tevanyan Ermənistanda revanşist siyasətçilər qrupuna daxildir. O, eks-prezident Robert Köçəryanın ən yaxın adamlarından hesab edilir.

Əliyar Xəlil
Globalinfo.az