Temperatur 50 dərəcəni keçdi, 16 nəfər xəstəxanalıq oldu

İranın cənub-qərbindəki Xuzistan əyalətinin 8 şəhərində havanın temperaturu 50 dərəcəni keçib.

Globalinfo.az İRNA-ya istinadən xəbər verir ki, havanın temperaturu Ümidiyedə 51,8, Şuşda 51,5, Abadanda 51,3, Bostanda 51,2, Dezfulda 50,8, Əhvaz, Ramhürmüz və Mahşəhrdə 50, 2 dərəcə olub.

Hava şəraiti ilə əlaqədar son 24 saat ərzində xəstəxanalara 16 nəfər müraciət edib