Tehranda kritik görüş: Fidan Abdullahianla nə danışdı?

Türkiyə xarici işlər naziri Hakan Fidan İran İslam Respublikasının xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan ilə Cənubi Qafqazda baş verən hadisələri müzakirə edib.

Tərəflər həmçinin Suriya məsələsindən də danışıblar.

***14:28

Türkiyənin xarici işlər naziri Hakan Fidanla iranlı həmkarı Hüseyn Əmir Abdullahian arasında görüş başlayıb.

Globalinfo.az xəbər verir ki, görüş Tehranda keçirilir.

Görüş zamanı İran-Türkiyə münasibətlərinin inkişafı, regional və qlobal məsələlər müzakirə olunacaq.

Nazirlər Türkiyə-Suriya münasibətlərinin normalalaşması və enerji məsələləri ətrafında da fikir mübadiləsi aparacaqlar.

Tamerlan Yayaqan
Globalinfo.az