Tehranda bu küçəyə İsmayıl Haniyənin adı verildi

İranın paytaxtında küçələrdən birinin adı HƏMAS Siyasi Bürosunun mərhum rəhbəri İsmayıl Həniyənin şərəfinə dəyişdirilib.

Globalinfo.az xəbər verir ki, bu barədə “Mehr” agentliyi məlumat yayıb.

Məlumata görə, Tehranın şəhər şurası “Şimali Fələstin” küçəsini İsmayıl Haniyənin şərəfinə adlandırıb.

Xatırladaq ki, İsmayıl Haniyə bu il avqust ayında Tehranda qaldığı iqamətgahda İsrailin endirdiyi raket zərbəsi nəticəsində öldürülüb.

Müşviq Tofiqoğlu
Globalinfo.az