ABŞ prezidentliyinə namizəd Donald Tramp Ukrayna Prezidenti Volodimir Zelenski ilə telefon danışığı aparıb.
Globalinfo.az xəbər verir ki, bu barədə Ukrayna mediası məlumat yayıb.
Trampın Zelenskiyə Rusiya-Ukrayna müharibəsi ilə bağlı söz verdiyi qeyd edilir:
“Donald Tramp yenidən prezident seçiləcəyi təqdirdə Ukraynadakı münaqişəyə son qoyacağına söz verib. Zelenski isə onunla görüşmək istədiyini bildirib”.
Leyla Əlisoy
Globalinfo.az