Tehran və Moskvanın yeni planı: İşin içində Azərbaycan da var

“İran və Rusiya Ermənistan, Gürcüstan və Azərbaycan vasitəsilə elektrik enerjisi mübadiləsi həyata keçirəcəklər”.

Globalinfo.az xəbər verir ki, bu barədə İranın energetika naziri Əli Əkbər Meqrabyan bildirib.

“Rusiya ilə elektrik enerjisi mübadiləsi üçün biz iki – Azərbaycan Respublikası və Ermənistan-Gürcüstan marştrutlarından istifadə edirik. Biz hazırda prosesdə yekun danışıqlar və reallaşdırma mərhələsindəyik”, – o bildirib.

Nazir əlavə edib ki, İran bəzi qonşularla elektrik enerjisini ödənişsiz mübadilə etmək niyyətindədir:

“Tezliklə biz Azərbaycan vasitəsilə Rusiya ilə elektrik enerjisi mübadiləsinə başlayacağıq. Ermənistan və Gürcüstan vasitəsilə Rusiyanın elektrik şəbəkəsinə qoşulma da gündəmdədir”.