6887b6ee8b2d26887b6ee8b2d317537246546887b6ee8b2d06887b6ee8b2d1

Lənkəranda baş verən qəzada xəsarət alanlar var.

Globalinfo.az APA-ya istinadən xəbər verir ki, saat 19:25 radələrində Lənkəran rayonunun Səpnəkəran kəndindən 103-ə zəng edilib. Dərhal çağırış yerinə təcili tibbi yardım avtomobili ilə sürücü Samir Rüstəmov və feldşer Səfail Fərəcov çıxıb. Təcili tibbi yardım avtomobili rayonunun Velədi kəndi ərazisində 1962-ci il təvəllüdlü Zakir Hüseynağa oğlu Müslümovun idarə etdiyi “Hyundai SantaFe” markalı nəqliyyat vasitəsi ilə toqquşub.

Toqquşma nəticəsində hər iki nəqliyyat vasitəsi idarəetməni itirərək yoldan çıxıb. Baş verən ağır qəzada “Hyundai SantaFe”nin sürücüsü və avtomobildə sərnişin qismində olan həyat yoldaşı 1969-cu il təvəllüdlü Ülkər Həsənağa qızı Müslümova müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Lənkəran rayon mərkəzi xəstəxanasının təcili yardım şöbəsinə hospitalizasiya olunublar.

İlkin məlumata görə qəzanın baş verməsinə səbəb “Hyundai SantaFe” markalı nəqliyyat vasitəsinin anidən təcili tibbi yardım avtomobilinin qarşısına çıxması olub.

Qeyd edək ki, qəzada xəsarət alan sürücü Z. Müslümov da həkimdir.

Faktla bağlı araşdırma aparılır. Araşdırmadan sonra qəzanın dəqiq baş vermə səbəbləri məlum olacaq.

***

Lənkəranda yol nəqliyyat hadisəsi baş verib.

Globalinfo.az APA-ya istinadən xəbər verir ki, hadisə köhnə Ələt-Astara magistralında, Lənkəran rayonunun Velədi kəndi ərazisində qeydə alınıb.

Belə ki, Lənkəran rayonunun Səpnəkəran kəndinə çağırışa gedən təcili tibbi yardım avtomobili “Hyundai SantaFe” markalı nəqliyyat hadisəsi ilə toqquşub.

Əlavə məlumat veriləcək.

6887b6ee88a6a6887b6ee88a6b17537246546887b6ee88a686887b6ee88a69 6887b6ee8625b6887b6ee8625c17537246546887b6ee862596887b6ee8625a 6887b6ee813996887b6ee8139a17537246546887b6ee813976887b6ee81398 6887b6ee7c1a26887b6ee7c1a317537246546887b6ee7c1a06887b6ee7c1a1

Paylaş: