Dönərdən zəhərlənən şagirdlərin son durumu – RƏSMİ

Bakıda dönərdən zəhərlənən şagirdlərdən daha biri evə buraxılıb.

Bu barədə Globalinfo.az-a TƏBİB-dən məlumat verilib.

Son məlumata əsasən, TƏBİB-in tabeliyində fəaliyyət göstərən Sabunçu Tibb Mərkəzinin nəzdindəki 5 saylı Uşaq Yoluxucu Xəstəliklər Xəstəxanasında ümumilikdə 23 uşaq hospitalizasiya olunub. Onların hər birinə zəruri tibbi xidmətlər göstərilib.

Qeyd olunub ki, 1 uşaq ailəsinin iltizamnaməsi ilə, 2 uşaq isə ambulator müalicə üçün artıq evə buraxılıb:

“Hazırda 20 nəfərin müalicəsi davam etdirilir. Vəziyyətləri stabildir”, – TƏBİB-dən bildirilib.

Qeyd edək ki, uşaqların səhhətləri Elm və Təhsil Nazirliyinin, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin, eləcə də TƏBİB rəhbərliyinin nəzarətindədir.

***16:36

Son məlumata əsasən, TƏBİB-in tabeliyində fəaliyyət göstərən Sabunçu Tibb Mərkəzinin nəzdindəki 5 saylı Uşaq Yoluxucu Xəstəliklər Xəstəxanasında ümumilikdə 23 uşaq hospitalizasiya olunub.

Bu barədə TƏBİB-dən Globalinfo.az-a bildirilib. Qeyd edilib ki, onların hər birinə zəruri tibbi xidmətlər göstərilib. 1 uşaq ailəsinin iltizamnaməsi ilə, 1 uşaq isə ambulator müalicə üçün artıq evə buraxılıb.

“Hazırda 21 nəfərin müalicəsi davam etdirilir. Vəziyyətləri stabildir. 24 saat müşahidə altında olandan sonra evə buraxılmaları nəzərdə tutulub” – məlumatda bildirilib.

Qeyd edək ki, uşaqların səhhətləri Elm və Təhsil Nazirliyinin, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin, eləcə də TƏBİB rəhbərliyinin nəzarətindədir.

***12:57

Son məlumata əsasən, TƏBİB-in tabeliyində fəaliyyət göstərən Sabunçu Tibb Mərkəzinin nəzdindəki 5 saylı Uşaq Yoluxucu Xəstəliklər Xəstəxanasında ümumilikdə 23 uşaq hospitalizasiya olunub.

Bu barədə Globalinfo.az-a TƏBİB-dən bildirilib.

Qeyd edilib ki, onların hər birinə zəruri tibbi xidmətlər göstərilib. 1 uşaq ailəsinin iltizamnaməsi ilə, 1 uşaq isə ambulator müalicə üçün artıq evə buraxılıb.

Hazırda 21 nəfərin müalicəsi davam etdirilir. Vəziyyətləri stabildir.

Qeyd edək ki, uşaqların səhhətləri Elm və Təhsil Nazirliyinin, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin, eləcə də TƏBİB rəhbərliyinin nəzarətindədir.

***09:51

Oktyabrın 24-də müxtəlif vaxtlarda Binə qəsəbəsində uşaqların zəhərlənməsi səbəbilə TƏBİB-in tabeliyindəki Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə qəsəbədəki 88, 117, 121 və 149 nömrəli tam orta məktəblərdən, eləcə də müxtəlif yaşayış ünvanlarından çağırışlar daxil olub.

TƏBİB-dən Globalinfo.az-a verilən xəbərə görə, Sabunçu Tibb Mərkəzinin nəzdindəki 5 saylı Uşaq Yoluxucu Xəstəliklər Xəstəxanasında ümumilikdə 21 uşaq hospitalizasiya olunub. Onların hər birinə zəruri tibbi xidmətlər göstərilib. 1 uşaq ailəsinin iltizamnaməsi ilə ambulator müalicə üçün artıq evə buraxılıb.

Hazırda hər birinin vəziyyəti stabildir.

Qeyd edək ki, uşaqların səhhətləri Elm və Təhsil Nazirliyinin, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin, eləcə də TƏBİB rəhbərliyinin nəzarətindədir.