TDT-nin növbəti Zirvə görüşü bu ölkədə olacaq

Türk Dövlətləri Təşkilatının növbəti Zirvə görüşü Qırğızıstanda keçiriləcək.

Globalinfo.az xəbər verir ki, bu barədə bu gün Astanada Türk Dövlətləri Təşkilatının “Türk Əsri” çağırışı altında keçirilən 10-cu yubiley Zirvə görüşünün yekun Bəyannaməsində bildirilib.

Qeyd edək ki, növbəti Zirvə toplantısı növbəti il keçiriləcək.