Tayvanın keçmiş rəhbəri Çinə gəldi

Çin lideri Si Szinpin Pekində Tayvanın keçmiş rəhbəri ilə görüşəcək.

Globalinfo.az xəbər verir ki, bu barədə Tayvan mediası məlumat yayıb.

Bildirilir ki, Si Szinpin Çinin paytaxtına gələn Tayvan administrasiyasının keçmiş rəhbəri Ma Ying-jeou qəbul edəcək.

Görüş Tiananmen meydanındakı Böyük Xalq Zalında keçiriləcək. Görüşdən sonra Si Szinpin Ma Ying-jeounun şərəfinə təntənəli ziyafət verəcəyi gözlənilir.

Qeyd edək ki, adanın keçmiş rəhbəri aprelin 1-dən Çində səfərdədir. Səfər zamanı o, Quanqdong, Şanxay və Pekin şəhərlərində olub. Səfərin aprelin 11-də başa çatacağı gözlənilir.

Xatırladaq ki, Ma Ying-jeou 2008-2016-cı illərdə Tayvanın baş icraçı direktoru vəzifəsində çalışıb. O, Tayvan boğazında gərginliyin aradan qaldırılmasına töhfə verib və Çinlə iqtisadi yaxınlaşma siyasətini həyata keçirib.

Əliyar Xəlil
Globalinfo.az