Tavuşdakı erməni qadından sensasiya: “Uşaqlarımızı müharibədə qırmaq istəyirlər”

Son günlər Tavuş vilayətinin Azərbaycanla sərhəddə yerləşən kəndlərinin sakinləri qapalı toplantılar keçirirlər.

Globalinfo.az xəbər verir ki, bu barədə erməni mediası məlumat yayıb.

Məlumatda qeyd edilir ki, sakinlər işğal altında olan Qazaxın 4 kəndinin Azərbaycana verilməsini müzakirə edirlər.

Sakinlər həmin ərazilərdə otlaq sahələrinin, tarlalarının olduğunu bildiriblər:

“Bu ərazidən Ermənistan-Gürcüstan yolu keçir, Azərbaycana verildikdən sonra bu kiçik kəndi nə edək? Bizi müharibə ilə qorxudurlar. Silahımızın, ordumuzun olmadığını deyirlər. Uşaqlarımızı müharibədə qırmaq istəyirlər. Biz tikanlı məftil çəkilmiş yerdə yaşamaq istəmirik”.

Safura Bənnayeva
Globalinfo.az