“ABŞ Prezidenti Donald Trampın bir neçə dəqiqə əvvəl elan etdiyi kimi, bu gün ordumuz narkotik daşıyan gəmini vurub”.Globalinfo.az xəbər verir ki, bunu ABŞ Dövlət katibi Marko Rubio deyib.
“Hərbi Dəniz Qüvvələrimiz Karib dənizinin cənubunda Venesueladan yola düşmüş narkotik daşıyan gəmiyə ölümcül zərbə endirib”, – Rubio qeyd edib.
Ağ Evə yaxın mənbə hücumu “Maduronun terror səltənəti sona çatır” ifadəsi ilə şərh edib:
“Prezident Tramp Qərb yarımkürəsinin təhlükəsizliyini təmin etmək üçün tarixi missiyaya başlayır”.
Əliyar Xəlil
Globalinfo.az