“Talıbov bəlkə də Naxçıvanın yarısını İrana satıb” – Hafiz Hacıyevdən səs-küylü açıqlamalar

Naxçıvan Muxtar Respublikasının rəhbərliyindən kənarlaşdırılan Vasif Talıbov haqqında hər gün yeni iddialar ortaya çıxır.

Belə iddialardan biri də V.Talıbovun İrana torpaq satması haqdadır. İddiaya görə o, ilyarım öncə Naxçıvanda 21 hektar ərazini İrana verib.

Maraqlıdır, bu iddia nə qədər doğrudur?

Mövzu ilə bağlı Globalinfo.az-a danışan Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev deyib ki, Vasif Talıbovla bağlı səslənən bütün iddialara inanır:

“Talıbovun milyardları var. O və onun kimilər dövlətə böyük xəyanət edib. Bu adamlar İranla əlaqə qurur, xarici ölkədə zavod, fabrik tikirlər. Bu mənada mən hər şeyə inanıram. Bəlkə də o Naxçıvanın yarısını İrana satıb. Bütün bu şeyləri araşdırmaq lazımdır.

Ancaq onu deyim ki, səslənən bütün iddialara baxmayaraq heç nə dəyişmir. Baxın, Talıbovun oğlu bu gün 20 Yanvar ilə əlaqədar Bakıda peyda oldu.

Ümumiyyətlə mən 20 gün öncə də demişdim ki, onun həbsi illüziyalardır. Müəyyən qüvvələr onun arxasında durur. Heç nə olası deyil. Hələlik Talıbov haqda deyilənlər reallaşmır. O yenə villalarında yaşayır. Övladları hələ də vəzifədədir.

Biz bir növ özümüz-özümüzü aldadırıq. Özümüzə əziyyət verir, hər şeyi deyirik, onun qohumları ilə pis oluruq. Arada olan xətir, hörmət pozulur. Görünür belə bir oyun qurulub. Vasif Talıbova toxunulmayacaq”.

Turan Rzayev
Globalinfo.az