tacir sahmalioglu

Müğənni Tacir Şahmalıoğlu əməliyyat olunub.

Globalinfo.az bildirir ki, bu barədə Qaynarinfo-ya sənətçinin həyat yoldaşı məlumat verib.

Onun sözlərinə görə, müğənni öd kisəsindən əməliyyat olunub: “Öd kisəsini götürüblər. Hazırda özünü yaxşı hiss edir”.

Qeyd edək ki, bir müddət əvvəl Tacir Şahmalıoğlunun səhhətində problemlər yaranıb. Yüksək şəkərdən əziyyət çəkən müğənni daha əvvəl Türkiyədə mədə əməliyyatı keçirdiyini açıqlayıb.

Paylaş: