8 Noyabr – Zəfər günü münasibətilə Şuşa şəhərində də yürüşü keçirilib.
Globalinfo.az APA-ya istinadən xəbər verir ki, qürurlu anlarla yadda qalan yürüşün önündə Azərbaycan əsgəri addımlayıb.
Hərbi orkestrin sədaları ilə müşayiət olunan yürüşdə şuşalılar da iştirak edib. Şəhərin mərkəzindən başlayan bayram yürüşünə yerli ictimaiyyət nümayəndələri, hüquq mühafizə orqanlarının əməkdaşları da iştirak edib.
Zəfər yürüşü Şuşa şəhərinin Zəfər meydanında başa çatıb.
***10:14
Dörd il əvvəl – 2020-ci il noyabrın 8-də Qüdrətli Ordumuz xüsusi şücaət göstərərək Şuşa şəhərini işğaldan azad edib və şanlı tarix yazıb.
Globalinfo.az bildirir ki, Prezident İlham Əliyevin Sərəncamı ilə noyabrın 8-i Zəfər Günü elan edilib.
Hazırda şuşalılar Zəfər Gününü qeyd edirlər.
Daha ətraflı Baku TV-nin materialında: