XİN-dən BƏM-ə müraciət: Ermənistanın qaldırdığı etirazlar…

Bu gün Azərbaycan irqi ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi üzrə Beynəlxalq Konvensiyanın tətbiqi ilə bağlı işdə Ermənistanın qaldırdığı ilkin etirazlara dair öz müşahidələrini Beynəlxalq Ədalət Məhkəməsinə təqdim edib.

Globalinfo.az xəbər verir ki, bu barədə Azərbaycan xarici işlər nazirinin müavini Elnur Məmmədov “X”də bildirib.

Nazir müavini qeyd edib ki, Ermənistanın Beynəlxalq Konvensiyanı pozması birbaşa olaraq BƏM-in yurisdiksiyasına aiddir.