68d3018b76a7068d3018b76a71175865895568d3018b76a6e68d3018b76a6f

Nərimanov rayonu, Ziya Bünyadov və Azadlıq prospektlərinin kəsişməsində texniki nasaz yük avtomobili yolda qalıb.

Globalinfo.az xəbər verir ki, bu haqda Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb.

Digər nəqliyyat vasitələri üçün qəza şəraiti yarandığından və yük avtomobilinin yoldan götürülməsi məqsədilə metronun “Koroğlu” stansiyası istiqamətində nəqliyyatın hərəkətinə məhdudiyyət tətbiq edilib.

Hazırda yol polisi əməkdaşları tərəfindən zəruri tədbirlər görülür.

Paylaş: