Avtobus sürücüsü sərnişinləri təhlükəyə atdı – VİDEO / YENİLƏNİB

Bakıda sürücünün avtobusun qapısını açıq idarə edərək sərnişinlərin həyatını təklükəyə atması ilə bağlı açıqlama verilib.

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib ki, avtobusun qapını açıq idarə etməsi yol hərəkəti qaydalarının pozulmasıdır və inzibati xəta tərkibi yaradan haldır.

“Məsələ ilə bağlı AYNA tərəfindən 214 saylı marşrutun daşıyıcısına sürücü barədə tədbir görülməsi və bu kimi halların təkrarlanmaması barədə xəbərdarlıq edilib. Həmçinin sərnişindaşıma keyfiyyətinin yaxşılaşdırılması və sərnişindaşıma imkanlarının artırılması üçün xəttə əlavə avtobusların cəlb edilməsi barədə də tapşırıq verilib”, – deyə məlumatda qeyd olunub.

***09:59

Paytaxtda sərnişindaşıma ilə məşğul olan avtobuslardan birində təhlükəli hal qeydə alınıb.

Globalinfo.az bildirir ki, bunun əks olunduğu video Baku.ws-in qaynar xəttinə göndərilib.

Sabunçu rayonu, Ramana qəsəbəsi və 8-ci kilometr bazarı istiqamətində hərəkət edən 214 nömrəli müntəzəm marşrut avtobusunun sürücüsü sərnişinlərin həyatını təhlükəyə atıb. O, avtobusu qapısı açıq vəziyyətdə idarə edib. Sərnişinlər də avtobusun qapısından sallanıblar.

Sözügedən görüntüləri təqdim edirik: