Sumqayıtda qəribə işıqfor: rəsmi açıqlama gəldi – VİDEO

Sumqayıt şəhərində quraşdırılan işıqfor müzakirələrə səbəb olub. 

Globalinfo.az xəbər verir ki, şəhərin Sülh küçəsində piyadaların işıqfordan keçməsi üçün cəmi dörd saniyə vaxt verilib.

Bu da vətəndaşların haqlı iradına səbəb olub.

Məsələ barədə Baş Dövlət Yol Polis İdarəsindən (BDYPİ) Oxu.Az-a bildirilib ki, həmin küçədəki işıqforla bağlı yaranan problemin həlli üçün işlər görülür.