Sumqayıtda ana və azyaşlı qızları sosisdən zəhərləndi

Sumqayıtda ana və 2 qızı sosisdən zəhərlənib.

Globalinfo.az Report-a istinadən xəbər verir ki, 1984 cü il təvəllüdlü Vüsalə Hüseynağa qızı Ləbibova, övladları 2016-cı il təvəllüdlü Ayşə Zaur qızı Ləbibzadə və 2017-ci il təvəllüdlü Fəridə Zaur qızı Ləbibzadə yaşadıqları evdə yedikləri sosisdən zəhərləniblərş

Ana Təcili Tibbi Yardım Xəstəxanasına, uşaqlar isə Uşaq Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.