Qarabağdan çıxan rus sülhməramlıları Ermənistana yerləşdi

“Rusiya sülhməramlılarının Gorus və Sisiandakı müvəqqəti yerləşdirmə mərkəzləri bağlanacaq”.

Globalinfo.az xəbər verir ki, bunu Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan deyib.

O, sülhməramlılardan ibarət karvanın Qarabağdan Ermənistana nə üçün gəldiyini açıqlayıb.

Qriqoryan bildirib ki, Ermənistan hökuməti Rusiyanın sülhməramlı birləşmələrinə Gorus və Sisianda müvəqqəti dislokasiya məntəqələri ayırıb.

“Rusiya sülhməramlıları Qarabağı tərk edir. Laçın “dəhliz”inin normal fəaliyyətini təmin etmək üçün onlara yer seçilib. Onlar təbii ki, Ermənistanda da qala bilməzlər. Sadəcə olaraq təşkilati işlər üçün sülhməramlılara Gorus və Sisianda dislokasiya məntəqələri ayrılıb”, – Qriqoryan vurğulayıb.

Əliyar Xəlil
Globalinfo.az