“Bu gün qorxu dili ilə danışmaq Ermənistanın indiki hakimiyyətinin əlində olan yeganə vasitədir”.

Globalinfo.az xəbər verir ki, Ermənistanın Niderlanddakı keçmiş səfiri Dzyunik Ağacanyan deyib.

O bildirib ki, Ermənistanda milli maraqlara təhlükə yaradan sadəcə bir şəxs var, o da Nikol Paşinyandır.

“Bu gün hədə-qorxu dili Ermənistan hakimiyyətinin əlində olan yeganə vasitədir. Lakin biz görürük ki, xalq arasında daxili müqavimət formalaşır. Ermənistan hakimiyyəti hesab edir ki, öz müti və məğlubiyyətpərəst siyasəti ilə hansısa təhlükəsizlik zonası yarada biləcək. Elə bir məqama çatmışıq ki, dövlətimizin başında duran şəxslər başqa ölkələrin planlarını həyata keçirirlər”.

Ağacanyanın sözlərinə görə, Ermənistan hakimiyyəti öz siyasətini geosiyasi və beynəlxalq vəziyyətə uyğunlaşdırdığını bəyan edir.

“Əgər hakimiyyət beynəlxalq vəziyyətə uyğunlaşmağa çalışdığını bəyan edirsə və bunun fonunda ölkəni təhlükələrdən qorumur və mövcud imkanlardan yararlanmağa çalışmırsa, o zaman Ermənistanı amorf vəziyyətə salır. Belə olan halda isə hər kəs Ermənistanı parçalaya və onu tapdalayıb üzərindən keçə bilər. Sonda belə bir dövlət mövcud olmayacaq”, – deyə Ağacanyan vurğulayıb.

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: